“Bayraktar Teknoloji Azərbaycan” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb.
AzPost “Report”a istinadən bildirir ki, bununla da park sakinlərinin sayı 39-a çatıb.
Şirkət sənaye parkının ərazisində “Pilotsuz uçuş aparatlarının istehsalı” layihəsini həyata keçirəcək.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında 2023-cü ildə imzalanmış niyyət protokolu Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalının təşkili sahəsində əməkdaşlığı nəzərdə tutur.