Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi

Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “AİS” (Avtomatlaşdırılmış İdarəetmə Sistemi) texniki dəstək xidməti ilə əlaqədar elan etdiyi tender ləğv edilib.

Qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.

Satınalmanın dəyəri 263 347 manat olub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.