“Siyəzən Broyler”in işçisinə elektron qolbaq taxıldı

Siyəzən
Siyəzən

Qaradağ Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elçin Həsənovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

İttihama görə, Elçin Həsənov 2017-2020-ci illərdə toyuq məhsulları ilə məşğul olan “Siyəzən Broyler” ASC-nin satış məsləhətçisi vəzifəsində çalışıb. O, işlədiyi müddətdə şirkətin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xəcəhəsən şosesində yerləşən “Meyvəli” ticarət bazarında olan anbarından 460 272,88 manat dəyərində toyuq məhsullarını satış nümayəndəsi olaraq mağazalara vermək üçün götürüb. Sona təqsirləndirilən şəxs həmin pullardan ümumilikdə 33 509 manatı mənimsəyib.

İstintaq dövründə Elçin Həsənovun başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.