Bu ilin aprel ayında Azərbaycanda ən çox şikayət edilən bank olan “Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinin sədri, baş direktoru vəzifəsinə yeni təyinat olub.
AzPost xəbər verir ki, bu vəzifəyə Mete Şamil Öztürk gətirilib.
O, bundan əvvəl İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərib.
Xatırladaq ki, bundan əvvəl bankın İdarə Heyətinin sədri, baş direktoru Cenk Yüksel olub. O, bu ilin fevral ayının sonundan etibarən 10 illik vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata əsasən, “Yapı Kredi Bank Azərbaycan” 2025-ci ilin aprel ayında 3.27 indeksi ilə Azərbaycanda ən çox şikayət edilən bank seçilib.