Azərbaycanda bu ilin I rübündə tikinti-quraşdırma işlərində, o cümlədən yerüstü tikililər və yol və körpü tikintisi üzrə istehsalçı qiymət indeksləri 2024-cü ilin IV rübü ilə müqayisədə 100,6 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, ümumilikdə ötən ilin IV rübü ilə müqayisədə 2025-ci ilin I rübündə yaşayış evləri üzrə qiymət indeksi 100,5 faizə bərabər olub. 2025-ci ilin I rübü üzrə bu göstərici isə 2024-cü ilin I rübünə nisbətən 101,3 faiz təşkil edib.
Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərini təqdim edirik:
| Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri | ||
| 2025-ci ilin I rübü 2024-cü ilin IV rübünə nisbətən, faizlə | 2025-ci ilin I rübü 2024-cü ilin I rübünə nisbətən, faizlə | |
| Yaşayış evləri üzrə qiymət indeksi | 100,5 | 101,3 |
| 5 mərtəbəyə qədər yaşayış evləri | 100,8 | 101,6 |
| 6 və daha çoxmərtəbəli yaşayış evləri | 100,5 | 101,2 |
| Sosial təyinatlı binalar üzrə qiymət indeksi | 100,7 | 101,3 |
| İnzibati tikililər | 100,6 | 101,9 |
| Ümumtəhsil məktəbləri | 100,7 | 101,2 |
| İstehsal təyinatlı obyektlər üzrə qiymət indeksi | 100,8 | 102,5 |
| Sənaye obyektləri | 100,8 | 102,5 |
| Yol və körpü tikintisi üzrə qiymət indeksi | 100,6 | 102,7 |
| Yol tikintisi | 100,6 | 102,7 |
| Körpü tikintisi | 101,0 | 102, |