Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı.
Bakıda yerləşən 200 saylı məktəb-lisey kompleksinin direktoru Esmira Quliyeva vəzifəsindən azad edilib.
Onun işində yol verdiyi nöqsanlara görə işdən çıxarıldığı deyilir.
Hazırda direktorun yerinə yeni təyinat yoxdur.
Qeyd edək ki, Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qızıdır./manset.az