“Azərbaycan hökumətini İsraildə səfirlik açmağa çağırırıq” –Səfir

“Bu gün İsrail dünyada böyüyən və inkişaf edən bir gücdür”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir ölkəsində Azərbaycanın səfirliyinin açılması məsələsinə münasibət bildirib. “Müxtəlif ölkələr İsraildə diplomatik nümayəndəliklərini açmaq istəyir və biz buna müsbət yanaşırıq. Azərbaycanın da İsraildə səfirliyinin açılmasına şad olarıq. Bu addım Azərbaycan tərəfindən atılmalıdır. Azərbaycan hökumətini bu addımı atmağa çağırırıq”, – deyə C. Dik qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir