Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Keçmiş deputat 52 milyon mənimsəməkdə ittiham olunur

Orkhan Ali 03 İyun 2025 - 10:38 (Last updated: 03 İyun 2025 - 10:36)
Həbs

Həbs

Rusiyanın Stavropol vilayətində geniş rezonans doğuran cinayət işi məhkəməyə göndərilib. AzPost xəbər verir ki, bölgənin keçmiş deputatı Roman Saviçev və onun iki şəriki ümumilikdə 52 milyon rubl məbləğində vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Stavropol prokurorluğunun yaydığı məlumata görə, cinayət işi Stavropol diyar Dumasının keçmiş deputatı Roman Saviçev və Moskvanın iki sakini barəsində açılıb. İstintaq materiallarında bildirilir ki, təqsirləndirilən şəxslər Stavropol sakininə yaxın qohumunun cinayət məsuliyyətindən azad oluna biləcəyini vəd ediblər. Bunun qarşılığında isə ondan 50 milyon rubl tələb ediblər.

Bundan əlavə, Roman Saviçev daha əvvəl “Xüsusi Hərbi Operasiya” (SVO) iştirakçılarından birindən borc adı ilə aldığı 2,5 milyon rubl vəsaiti də qaytarmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar nəticəsində bu məbləğin də şəxsi məqsədlər üçün xərcləndiyi müəyyən edilib.

RİA Novosti agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib ki, söhbət məhz Stavropol diyarı Dumasının keçmiş deputatı Roman Saviçevdən gedir. Onun adı bundan öncə də maliyyə maxinasiyaları və müxtəlif korrupsiya halları ilə bağlı mətbuatda hallanıb.

Hazırda cinayət işinin materialları Stavropol diyar məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər barəsində hansı qərarın veriləcəyi yaxın günlərdə bəlli olacaq. Prokurorluq onların əməllərində “xüsusilə külli miqdarda dələduzluq” maddəsi ilə cinayət tərkibi olduğunu bildirib.

AzPost.az

Post navigation

Previous: Cənubi Koreyada taleyüklü prezident seçkiləri
Next: Azərbaycanda qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.