ATB Bankda kredit qalmaqalı- Müştəri aylıq ödəniş fərqindən şikayət etdi

AzərTürkbank
AzərTürkbank

Azərbaycanda fəaliyyət göstərən AzərTürk Bank (ATB) müştərisinin sosial şəbəkədə paylaşdığı narazılıq ictimai müzakirələrə səbəb olub. AzPost xəbər verir ki, vətəndaş 2024-cü ildə bankdan 5000 AZN məbləğində kredit götürdüyünü, son olaraq isə 800 AZN ödəniş etdiyini bildirib. Hazırda isə onun 1500 AZN qalıq borcu qaldığı qeyd olunub.

Vətəndaş paylaşımında bildirib ki, bank əməkdaşından aylıq ödəniş məbləğini soruşduqda 55-56 AZN olacağını deyiblər. Lakin bu gün sistemdə aylıq ödənişin 79 AZN olduğunu görüb. Məsələ ilə bağlı bank rəhbərliyinə şikayət etdiyini, lakin indiyədək müraciətinə baxılmadığını bildirib.

ATB Bank isə vətəndaşın paylaşımına cavab verərək, onu mesaj bölməsində əlaqə nömrəsini paylaşmağa dəvət edib və məsələnin araşdırılacağını qeyd edib.

Qeyd edək ki, son dövrlər ölkədə kredit və borc qaytarılması ilə bağlı oxşar şikayətlər artmaqdadır. Məsələ ilə bağlı ATB Bank-ın rəsmi mövqeyi təqdim olunarsa, məlumat yenilənəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.