Təyyarədə qəfil halı pisləşən sərnişini tibb bacısı belə xilas etdi

Təyyarə
Təyyarə

Novosibirskdən Mineralnıye Vodıya uçan sərnişin təyyarəsində qeyri-adi hadisə yaşanıb. AzPost xəbər verir ki, teleaparıcı Daria uçuş zamanı səhhətində ciddi problem hiss edib və təzyiqi qəfil yüksəlib.

Məlumata görə, hadisə baş verən anda təyyarə turbulentlik zonasına daxil olub və sərnişinin vəziyyəti daha da ağırlaşıb. Ekipaj üzvləri dərhal yardım göstərməyə cəhd etsələr də, vəziyyət nəzarətdən çıxıb. Təzyiq ölçmək üçün tonometr də düzgün nəticə verməyib.

Bu zaman Krasnoobsk şəhərindən olan tibb bacısı Vera sərnişinlər arasında olduğunu bildirərək köməyə gəlib. O, qısa müddətdə Dəryanın vəziyyətinin səbəbini müəyyənləşdirib, uyğun dərman vasitələri tətbiq edib və oksigen balonu ilə təchiz edərək onun təzyiqini normaya salıb.

Dərya hadisəylə bağlı açıqlamasında bildirib ki, sağalmasına səbəb olan tibb bacısının adının “Vera” olduğunu eşidəndə təsadüfi olmadığını düşünüb. Çünki rus dilində “Vera” sözü “inam” və “ümid” deməkdir. Sərnişin qayıtdıqdan sonra xəstəxana və yerli sakinlərin köməyi ilə tibb bacısını taparaq şəxsən təşəkkürünü çatdırıb.

Təyyarə isə hadisədən sonra problemsiz eniş edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.