2014-cü ildə İlham Əliyev Putinin “referendum” təklifini rədd edib– İlk PUA zərbəsinin şoku...Sarkisyan nəyi etiraf edib?

2014-cü ilin sentyabrında Moskvada keçirilimiş Rusiya-Azərbaycan –Ermənistan prezidentlərinin üçtərəfli görüşündə İlham Əliyev Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı Putinin təklifini rədd edib.

AzPost bildirir ki, bu barədə özünü darmadağın edilmiş qondarma “DQR”-in “deputatı” kimi qələmə verən Vaqram Atanesyan jurnalist Tatul Hakobyanla müsahibəsində deyib.

11 il əvvəl -2014-cü il noyabrın 7-də İrəvana çağrıldıqlarını deyən Hakobyan həmin vaxt prezident Serj Sarkisyanla görüşdüklərini açıqlayıb. 45 dəqiqə davam edən həmin görüş sentyabrın 26-da Soçidə baş tutmuş dövlət başçılarının görüşü müzakirə edilib.

Hakobyan deyib ki, 2014-cü ilin iyulunda hərbi eskalasiya zamanı Azərbaycan ilk dəfə PUA-dan istifadə edib. Həmin döyüşdə Azərbaycan düşmənin hava hucumundan müdaifə sistemini bütün ekipajı ilə məhv edib. Hakobyan qeyd edib ki, qondarma rejim o zaman bunu əhalidən gizlədib.

Moskvada Putinin vasitəçiliyi ilə baş tutan görüşdə gərginlikdən çıxış yolunu tapmaq olub.

“Sarkisyan bizə çox təfərrüatlı şəkildə dedi ki, müzakirələrin məqsədi ondan ibarətdir ki, Ermənistan ilkin şərt olmadan 5 rayonu Azərbaycana qaytarmalıdır. Bundan sonra nə vaxtsa İlham Əliyevin rədd etdiyi Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməlidir”.

Hakobyan Serj Sarkisyanın dediklərini təqdim edib:

Putin: Serj Azatoviç, 5 rayonun ilkin şərt olmadan qaytarılmasına razısınızmı?

Sarkisyan: Bəli.

Putin: İlham Heydəroviç, bundan 5 il sonra Dağlıq Qarabağda referendumun keçirilməsi ilə razısınızmı?

Əliyev: Xeyr.

Putin: 10 ildən sonra?

Əliyev: Xeyr.

Putin: 15-də?

Əliyev: Xeyr.

Putin: Bu barədə razılığa gələ bilmədik.

Serj Sarkisyan qarabağlı ermənilərə deyib ki, bu ərazilər artıq Qarabağ üçün deyil, Ermənistan üçün problemdir.

Hakobyan Xankəndiyə qayıtdıqdan sonra o qondarma rejimin rəhbəri olan, hazırda Bakıda məhkəməsi keçirilən Bako Saakayanla görüşüb. Bako Saakayan 5 rayonun qaytarılmasını insanlara deyə bilməyəcəklərini etiraf edib.

Soçi görüşündə bu söhbət Azərbaycan prezidentinin Qarabağla bağlı danışılarda prinsipal mövqeyinin daha bir etirafıdır.

İndi bütün bunlar tarixdir. Azərbaycan ordusu Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində işğal altında olan torpaqları azad etdi, Xankəndi üzərində Azərbaycan bayrağını qaldırdı.

Qarabağda bu illərdə at oynatmış hərbi canilər həbs olunaraq Bakıya gətirilib. Bu gün onlar üzərində keçirilən məhkəmə son 30 ilin bütün qanlı cinayətlərini faktlarla dünyaya göstərir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.