Sabiq deputat Tahir Kərimlinin sədrlik etdiyi Vəhdət Partiyası (VP) növbədənkənar qurultay keçirəcək. QQurultay iyunun 14-də saat 12:00-da başlayacaq.
Bu, partiyanın VI qurultayı olacaq. Vəhdət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə bildirib ki, qurultayın əsas məqsədi partiyanın gələcək fəaliyyət planlarının müzakirəsi və yeni rəhbərliyin seçilməsidir.
Qeyd edək ki, bir müddət əvvəl Tahir Kərimli partiya sədrliyindən gedəcəyini açıqlamışdı.