Ukraynaya hərbi yardımın məbləği azaldılacaq

Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib.

O bildirib ki, hazırkı administrasiya bu münaqişəyə çox fərqli tərəfdən baxır. “Biz inanırıq ki, danışıqlar, sülh yolu ilə nizamlanma hər iki tərəfin və millətlərimizin maraqlarına daha uyğundur”, – deyə o bildirib.

2022-ci ilin fevralından bu yana ABŞ Ukraynaya 66 milyard dollardan çox yardım edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.