Pakistan Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Pakistan ABŞ prezidenti Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. 

AzPost bildirir ki, bu barədə Bu barədə ölkənin Nazirlər Kabinetinin bəyanatında deyilir.

Pakistan hökuməti Hindistan və Pakistan arasında son böhran zamanı onun qətiyyətli diplomatik müdaxiləsi və liderliyinin tanınması üçün Prezident Donald Trampın 2026-cı il Nobel Sülh Mükafatına namizədliyini rəsmi olaraq irəli sürmək qərarına gəlib.

“Regional qeyri-sabitliyin gücləndiyi bir vaxtda Tramp həm İslamabad, həm də Dehli ilə möhkəm diplomatik əlaqələr vasitəsilə böyük strateji uzaqgörənlik və görkəmli dövlət xadimliyi nümayiş etdirdi. Bu da sürətlə pisləşən vəziyyətin deeskalasiyasına gətirib çıxardı, nəticədə atəşkəsi təmin etdi və iki dövlət arasında milyonlarla nüvə fəlakətinə səbəb olacaq daha geniş münaqişənin qarşısını aldı”.

Qərarda qeyd olunur ki, bu müdaxilə onun əsl sülhməramlı roluna və münaqişələrin dialoq yolu ilə həllinə sadiqliyinə sübutdur.

“Pakistan hökuməti həmçinin Trampın Hindistan və Pakistan arasında Cammu və Kəşmirlə bağlı uzun müddətdir davam edən mübahisənin həllinə kömək etmək üçün səmimi təkliflərini tanıyır. Prezident Trampın 2025-ci ildə Pakistan-Hindistan böhranı zamanı rəhbərliyi onun praqmatik diplomatiya və effektiv sülh quruculuğu irsinin davamını açıq şəkildə nümayiş etdirir. Pakistan öz səmimi səylərinin, xüsusən də Yaxın Şərqdə davam edən böhranlar, o cümlədən Qəzza zolağında baş verən humanitar faciə və İranla bağlı münaqişənin getdikcə genişlənməsi kontekstində regional və qlobal sabitliyə töhfə verməyə davam edəcəyinə ümidlidir”, – deyə bəyanatda bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.