İsrail Müdafiə Nazirliyi yeni hücumu nəticəsində altı İran aerodromunun məhv edildiyini bildirib.
AzPost-un məlumatına görə, bu barədə İsrail Ordusnun sözçüsü iaçıqlama verib. Məlumata görə, İsrailin PUA-ları İrandakı altı hava bazasında 15 döyüş təyyarəsi və vertolyotu məhv edib,
“Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı qurğulara, yanacaq dolduran təyyarəyə, həmçinin F-14, F-5 və AH-1 təyyarələrinə ziyan vurub”, – deyə məlumatda deyilir.
Bundan əlavə, iddia edilir İsrail qırıcıları İranın Kirmanşah bölgəsində yer-yer tipli raketlərin buraxılış qurğularına və anbar yerlərinə hücum edib.