Nazim Bəydəmirli barədə qərar verilib

Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.