Bakıda saxlanılan 2 Rusiya vətəndaşı 4 aylı həbs edilib

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.