Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“İplik” fabrikindən 10 minlik oğurluq

Orkhan Ali 09 İyul 2025 - 19:15 (Last updated: 09 İyul 2025 - 19:41)
Məhkəmə

Məhkəmə

“Sumqayıt Xovlu İplik” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nəzdində fəaliyyət göstərən “İplik” fabrikində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, fabrikdən əyirici avadanlığın ehtiyat hissələri, tekstil avadanlığının ehtiyat hissələri, mətbəx avadanlığı, rotor-mühərrik 250 metr uzunluğunda kabel və hər biri 15-20 kq olan 5 ədəd çuqun qapaq oğurlanıb.
ASC-nin rəhbəri Elson Aydınov hüquq-mühafizə orqanlarına müraciətində ASC-yə ümumilikdə 10 000 manatdan çox ziyan dəydiyini bildirib.  Araşdırmalar nəticəsində oğurluğu fabrikin gözətçilərinin törətdiyinə əsaslı şübhələr yaranıb. Gözətçilərdən ikisi saxlanılıb və ilkin dindirmə zamanı şbühələr təsdiqini tapıb.
Onlara Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.4 (Oğruluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin onlar barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində aparılıb. Məhkəmə zamanı təqsirləndirilən şəxslər dəymiş ziyanın məbləği ilə razılaşmayıblar. Onların fikrincə, dəymiş ziyan təxminən 1000-2000 manat məbləğində olub.
Məhkəmənin hökmü ilə onlardan birinə 3 il müddətinə, digərinə isə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

AzPost.az

Post navigation

Previous: G7 ölkələri Ukraynanı müzakirə etmək üçün Kanadada toplanacaq
Next: “Qanuni oğru” yaxtada bıçaqlanaraq dənizə atılıb

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.