Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Troya müharibəsinin tarixi sübutları tapıldı

Orkhan Ali 16 İyul 2025 - 09:54 (Last updated: 16 İyul 2025 - 09:54)
c8ad13095a1b615cd46feba06d3b6696

Türkiyədə aparılan son arxeoloji qazıntılar Homerin məşhur “İliada” əsərində təsvir edilən Troya müharibəsinin real tarixə əsaslandığını bir daha gündəmə gətirib.

AzPost bildirir ki, professor Rüstəm Aslanın rəhbərlik etdiyi Onsekiz Mart Universitetinin ekspedisiyası YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan Troya şəhərində tədqiqatları yenidən bərpa edib.

Ən mühüm tapıntılar arasında 3 500 il əvvələ aid sapand daşlarının anbarı var. Tunc dövrünə xas olan bu dairəvi mərmilərin saray binasının qarşısındakı mədəni təbəqələrdə aşkar edilməsi hərbi fəaliyyət izlərini ortaya qoyur. Mütəxəssislər bu daşların qəsdən yerləşdirildiyini və onların müdafiə və ya hücum məqsədi daşıdığını bildirirlər.

Qazıntılar zamanı həmçinin saray yaxınlığında insan qalıqları da aşkarlanıb. Onların yerləşmə forması qəfil və şiddətli hücum şəraitində tələsik dəfn edildiklərini göstərir. Bu tapıntılar Troya müharibəsi ilə bağlı mif və əfsanələri tarixlə birləşdirən yeni maddi sübutlar hesab olunur.

Xatırladaq ki, Troya şəhəri ilk dəfə XIX əsrdə Heinrich Schliemann tərəfindən qazılmış və “İliada”da təsvir olunan onillik mühasirənin mümkün mərkəzi kimi tanıdılmışdı. Yeni arxeoloji təbəqələr bu müharibənin eramızdan əvvəl XIII-XII əsrlərə təsadüf etdiyini göstərir.

 

AzPost.az

Post navigation

Previous: Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Next: Paşinyanın milyarder rəqibinə “çirkli pullar” ittihamı irəli sürülüb

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.