Məşhur sovet kinorejissoru Yuri Kara vəfat edib.
AzPost bildirir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Yuri Kara 70 yaşında dünyasını dəyişib.
O, “Sabah müharibə idi” və “Master və Marqarita” filmlərinin rejissoru olub.
Yuri Kara VGİK-in rejissorluq fakültəsini bitirmişdi. Məşhur “Sabah müharibə idi”, “Qanuni oğrular””, “Baltazarın bayramı və ya Stalinlə gecə”, “Master və Marqarita” kimi filmlər çəkib.
2014-cü ildə Kara Krımın ilhaqını dəstəkləyib, 2022-ci ildə isə Ukraynaya genişmiqyaslı işğalı dəstəkləyən məktub imzalayıb.