Kənd təsərrüfatına subsidiyalar artıb, məhsuldarlıq isə azalıb –RƏSMİ

Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və güzəştlərin tətbiqi üçün 2020-2024-cü illər ərzində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri çərçivəsində dövlət büdcəsindən 2,2 milyard manatdan artıq vəsait yönəldilib.

Bu barədə Maliyyə Nalirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, aparılan monitorinq və təhlillər nəticəsində müəyyən edilmiş bitki növləri üzrə son dövrlərdə fermerlər və kənd təsərrüfatı subyektləri tərəfindən istifadə edilmiş subsidiyaların məbləği ilə həmin bitki növlərinin istehsalından əldə edilmiş məhsulların həcmi arasında uyğunsuzluqlar aşkar edilib.

Belə ki, Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunmuş, habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.