Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri azaldılır

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 151 milyon manat azaldılacaq.

Bu Maliyyə Nazirliyinin açıqladığı «Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər» adlı sənəddə nəzərdə tutulub.

Xatırladaq ki, müdafiə və milli təhlükəsizlik xərclərinin təsdiq olunmuş həcmi 8 milyard 396 milyon 300 min manat təşkil edir, indi isə 8 milyard 245 milyon 200 min manat olacaq.

Bu 151 milyon 100 min manat və ya 1,8% azalma deməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.