Jurnalist və siyasi şərhçi Rüstəm Qaraxanlı vəfat edib

Jurnalist, siyasi şərhçi Rüstəm Qaraxanlı vəfat edib. 
AzPost bildirir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Səadət Məmmədova paylaşım edib.

1978-ci təvəllüdlü R.Qaraxanlının ölüm səbəbi açıqlanmayıb.

Oxu.Az-a mərhumun ailəsi məlumat verib.

Ailəsinin Oxu.az-a verdiyi məlumata görə, R.Qaraxanlının ötən gün axşam saatlarında səhhətində qəfil yaranan problemdən vəfat edib.

Qeyd edək ki, Rüstəm Qaraxanlı  köşə yazarı və siyasi şərhçi kimi də fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin!

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.