“Putin və İlham Əliyev arasında Pekində danışıqlar olmayıb“.
AzPost bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya və Azərbaycan prezidentləri Pekində keçirilən bayram mərasimində salamlaşma əlaməti olaraq əl sıxıblar, lakin onlar arasında heç bir əsaslı ünsiyyət olmayıb.
“İlham Əliyevlə salamlaşıblar, bir-birinin əlini sıxıblar, amma mahiyyət etibarı ilə hər hansı substantiv danışıq olmayıb”.