Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Sosial

Umico-dan aldığı televizor sınıq çıxdı

Orkhan Ali 11 Sentyabr 2025 - 17:41 (Last updated: 11 Sentyabr 2025 - 17:27)
Birmarket

Birmarket

Vətəndaş Azər Rzayev “Umico” (Birmarket) onlayn ticarət platformasından aldığı televizorla bağlı ciddi problemlə üzləşdiyini bildirir. AzPost-un məlumatına görə, o, aprelin iyirmi dördündə sifariş etdiyi televizoru yalnız aprelin otuzunda – ad günü üçün nəzərdə tutulduğundan – açıb və həmin vaxt ekranın sınıq olduğunu görüb.

Şikayətçinin sözlərinə görə, o, dərhal “Umico”ya müraciət edib, lakin ona “altı gün gec müraciət etmisiniz, televizoru siz sındırmısınız” cavabı verilib. Azər Rzayev qeyd edir ki, bu qərarı yalnız ekspertiza müəyyən edə bilər, lakin şirkət nə məhsulu geri götürüb, nə də müstəqil ekspertizaya göndərib.

Məsələ ilə bağlı o, əvvəlcə İstehlak bazarına nəzarət agentliyinə müraciət etsə də, qurumun mövqeyi satıcının tərəfini müdafiə etmək olub. Daha sonra insan hüquqları təşkilatlarına müraciətdən sonra televizor ekspertizaya göndərilib.

Şikayətçi deyir ki, nəticə barədə ona rəsmi sənəd təqdim olunmayıb, sadəcə ekspertiza rəyinə əsasən televizorun guya alıcının günahı üzündən qırıldığı bildirilib. Üstəlik, cihazın özü də geri qaytarılmır.

Azər Rzayev iddia edir ki, “Umico” əvvəlcə ona ödənilmiş məbləğin əlli faizini qaytarmağı təklif edib. Lakin sonradan bu vəd də yerinə yetirilməyib. Beləliklə, alıcı nə pulunu ala bilir, nə də məhsuldan istifadə edə bilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Post navigation

Previous: Saakaşvilnin yaratdığı partiyanın lideri saxlanılıb
Next: Türkiyədə əsas uçot dərəcəsi ilə bağlı vacib qərar açıqlanıb

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.