Qadın ona “qoyun” deyən şəxsi məhkəməyə verdi –Hakim qərar çıxardı

Rusiyada vətəndaş ona qoyun deyən şəxsi məhkəməyə verib. 

AzPost bildirir ki, bu barədə Perm diyarı üzrə Federal məhkəmə icraçıları xidmətinin press-relizində deyilir.

Məlumatda qeyd olunur ki, qadın Lisva Şəhər Məhkəməsində iddia qaldıraraq  ona “qoyun” deyən tanışından mənəvi zərərin ödənilməsini tələb edib. İddiaçı çəkdiyi əzaba görə 20.000 rubl təzminat istəyib.

Lakin məhkəmə ifadəni təhqir deyil, fərdin subyektiv mühakiməsi hesab edib.

Müraciətdən sonra linqvistik ekspertiza aparılıb. Belə nəticəyə gəlib ki, araşdırılan kontekstdə “qoyun” ifadəsi ünvan sahibini təhqir etmək və aşağılamaq məqsədi ilə işlənib.

Aşağı instansiya məhkəməsinin qərarı ləğv edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.