Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

User 09 Oktyabr 2025 - 16:25 (Last updated: 10 Oktyabr 2025 - 20:27)
Jest_Dili-(OS)-8

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə jest dilini öyrənmək üçün “JestPlus” mobil tətbiqi artıq istifadəyə verilib.

Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilib. Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarını genişləndirmək, inklüzivliyi təşviq etmək və jest dilinin öyrənilməsini hamı üçün əlçatan etməkdir.

“JestPlus” tətbiqi jest dili üzrə sistemli öyrənmə üçün nəzərdə tutulub və istifadəçilərə lüğət funksiyasından kənara çıxaraq interaktiv dərslər, testlər və praktiki tapşırıqlar təqdim edir. Tətbiqin məzmununa 789 video, 358 jest dili sözü, 27 illüstrativ şəkil və 32 daktil animasiyası daxildir ki, bunlar da jest dilini gündəlik həyatda daha səmərəli tətbiq etməyə imkan verir.

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərin informasiya və təhsil imkanlarına çıxışını artırmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindəndir. Bu mobil tətbiqi dəstəkləməklə biz inklüziv cəmiyyətin qurulmasına və jest dilinin ölkədə daha geniş yayılmasına töhfə veririk”.

Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

AzPost.az

Post navigation

Previous: “AZAL-ın təyyarəsinin qəza səbəbi hərtərəfli təhlildən sonra bəlli oldu”-
Next: “Qəza ilə bağlı istintaqa siz şəxsən nəzarət etmisiniz” –

Oxşar xəbərlər

ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00

xƏBƏR

qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44
Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib. Barəsində olan cinayət...
Read more about Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib
Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı

User 04 Noyabr 2026 - 10:15
Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq” obama
  • Dünya

Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

User 04 Noyabr 2026 - 10:07
ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi abs seçki menteqe
  • Dünya

ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi

User 04 Noyabr 2026 - 09:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.