Rusiyada elektron siqaret satışı qadağan olunur –Putin təsdiqlədi

Prezident Putin Rusiyada elektron siqaret satışını qadağan etmək təklifini təsdiqləyib.

AzPost bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Dövlət başçısı Samara şəhərindəki adaptiv idman nümayişi və təhsil mərkəzinə baş çəkərkən razlığını bildirib.

“Dmitri Nikolayeviç (Baş nazirin müavini Çernışenko – redaktorun qeydi) başını tərpədir. Hökumətimiz bunu dəstəkləyir” -deyə Putin vurğulayıb.

“Sağlam Vətən” hərəkatının rəhbəri Yekaterina Leşçinskaya prezidentə müvafiq xahişlə müraciət edib. O, bir neçə başqa ölkədə elektron siqaretlərin (veyplərin) qadağan edilməsinin müsbət təcrübəsinə işarə edib. Vladimir Putin Yekaterina Leşçinskayanın xahişini təsdiqlə başını tərpədib.

Prezident həmçinin qeyd edib ki, “təkcə bu qərar deyil, həm də gənclər arasında müvafiq iş vacibdir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.