M10 istifadəçisi: “Öz şəxsi kartımdan köçürmə etmişəm, indi məndən gəlir mənbəyi istəyirlər”

M10 ödəniş platformasından istifadə edən vətəndaş hesabının bloklanmasından və şirkətin tələbindən narazılığını ifadə edib.

AzPost xəbər verir ki, Murad Əhmədzadə adlı istifadəçi sosial şəbəkədə paylaşım edərək bildirib ki, son 3–4 ay ərzində hesabına ümumilikdə cəmi 2000 manat mədaxil olub və bütün vəsaitlər şəxsi kartından köçürülüb. Buna baxmayaraq, “M10” onun hesabını qadağaya salaraq bloklayıb və həmin məbləğ üçün gəlir mənbəyi sənədi tələb edib.

“Sual verirəm ki, ‘şübhəli əməliyyat’ nədir – cavab yoxdur. Deyirəm gəlir mənbəyim şəxsi təsərrüfatımdır, deyirlər sənəd göstər. Axı torpaq valideynimin adınadır, mən necə sənəd göstərim? Bu artıq absurd vəziyyətdir,” – deyə o yazıb.

Murad Əhmədzadənin sözlərinə görə, 3 ay ərzində şəxsi kartından etdiyi köçürmələrə görə “M10” tərəfindən belə bir sorğu göndərilməsi “məntiqsiz yanaşmadır”.

O qeyd edib ki, bu hadisədən sonra artıq platformaya etibarının qalmadığını düşünür:

“M10-a güvənmək olmaz artıq.”

Məsələ ilə bağlı “M10” şirkətindən cavab təqdim olunduğu halda saytımızda dərc ediləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.