Tutqun havada diqqəti qorumağın yolları- Terapevtdən xəbərdarlıq

Tutqun və günəşsiz hava insanın həm ruh halına, həm də diqqət cəmləməsinə mənfi təsir göstərə bilir. Mütəxəssislər bildirirlər ki, belə günlərdə orqanizmin ehtiyac duyduğu bəzi qida maddələrinin azalması diqqət dağınıqlığına və yorğunluğa səbəb olur. Azpost.info xəbər verir ki, həkim-terapevt Viktor Lişin tutqun havalarda diqqəti qorumağın əsas şərtlərini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, bu məsələdə ən mühüm qida maddələrindən biri D vitaminidir. Onun bildirdiyinə görə, D vitamini immun sisteminin fəaliyyətindən tutmuş yaddaşın güclənməsinə qədər bir çox prosesdə fəal rol oynayır. Bundan əlavə, aparılan araşdırmalar bu vitaminin Altsheymer xəstəliyi riskini azaltmağa kömək etdiyini göstərir.

Lişin həmçinin vurğulayıb ki, B qrup vitaminləri, maqniumlitium kimi mineralların səviyyəsi də diqqət və enerji üçün böyük əhəmiyyət daşıyır. Bu maddələr sinir sistemini dəstəkləyir, beynin işləmə sürətini artırır və hüceyrələri zərərli təsirlərdən qoruyan təbii antioksidant kimi çıxış edir.

Həkim tövsiyə edib ki, tutqun havalarda qidalanmaya daha ciddi yanaşmaq, D vitamininin çatışmazlığını aradan qaldırmaq üçün balıq, yumurta sarısı, süd məhsulları kimi mənbələrə üstünlük vermək lazımdır. Bununla yanaşı, B vitaminləri ilə zəngin qarabaşaq, paxlalılar, göyərti və qoz-fındıq kimi məhsullar da gündəlik menyuda yer almalıdır.

Terapevt əlavə edib ki, düzgün qidalanmanın yanaşı, yüngül fiziki hərəkətlər, açıq havada qısa gəzintilər və rejimə əməl etmək də diqqət cəmlənməsini yaxşılaşdırır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.