Çayın dəmirin orqanizm tərəfindən mənimsənilməsinə təsir edib-etməməsi məsələsi aktualdır. Azpost.info xəbər verir ki, dietoloq Emi Braunşteyn çayın tərkibindəki bəzi maddələrin dəmirin mənimsənilməsini 60–90 faizədək azalda biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, bunun əsas səbəbkarları poliifenollar və taninlərdir. Bu bitki mənşəli maddələr, xüsusilə bitki qidalarından (nəhm dəmir) alınan dəmirlə birləşərək kompleks əmələ gətirir və bağırsaq bu kompleksi mənimsəyə bilmir. Qara çayda taninlərin miqdarı daha çox, yaşıl çayda isə azdır, lakin hər növ çay, o cümlədən bitki çayları da bu effekti göstərir.
Araşdırmalar göstərir ki, çayı eyni zamanda yeməklə qəbul etmək dəmirin mənimsənilməsini 85 faizədək azalda bilər. Emi Braunşteyn tövsiyə edir ki, çay yeməkdən və dəmir tərkibli əlavələrdən ən azı bir saat əvvəl və ya sonra içilsin. Bu, dəmirin mənimsənilməsini 1,5–2 dəfə artıra bilər.
Dietoloq həmçinin qeyd edib ki, dəmir ilə zəngin qidaları C vitamini mənbələri ilə birlikdə qəbul etmək faydalıdır. Məsələn, portağal, limon, qırmızı bibər və çiyələk dəmiri daha yaxşı mənimsəməyə kömək edir. Bu sadə qaydalar orqanizmin dəmir ehtiyacını səmərəli şəkildə qarşılamağa imkan verir.