Rusiya bölgələri üzərində gecə otuz üç Ukrayna dronu məhv edilib.
AzPost bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hucum nəticəsində Rostov vilayətinin Qukovo şəhərində 128 çoxmərtəbəli binanı istiliklə təmin edən qazanxanaya ziyan dəyib, Novoşaxtinskdəki sənaye müəssisəsində yanğın baş verib.
Krasnodar diyarı əməliyyat qrupunun məlumatına görə, dron hücumu nəticəsində Slavyansk-na-Kuban şəhərində fərdi evə və bir mənzil binasına ziyan dəyib, Slavyansk Neft Emalı Zavodunda isə qaz boru kəməri zədələnib.
Belqorod vilayətinin Qraivoronski rayonunun Qlotovo kəndində hərəkət edən nəqliyyat vasitəsinə dron hücumu edilib, nəticədə bir mülki şəxs yaralanıb.