Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycanda ərzaqlıq buğda problemi-

User 08 Yanvar 2026 - 12:37 (Last updated: 08 Yanvar 2026 - 12:37)
taxil01

Azərbaycanda ərzaqlıq buğdaya olan illik tələbat təxminən 1,6–1,8 milyon ton təşkil edir. Bunun yalnız 20–25 faizi yerli istehsal hesabına ödənilir, qalan hissə isə xüsusilə Rusiya bazarından idxal olunur. Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli rəsmiləri də bildirir ki, ölkə hələ uzun müddət ərzaqlıq buğda üzrə xarici asılılığı tam aradan qaldıra bilməyəcək.

 Bu asılılığın əsas səbəbləri kənd təsərrüfatında illərlə yığılıb qalmış struktur problemləridir.

 Azərbaycan iqlim baxımından genişmiqyaslı, yüksək məhsuldar buğda istehsalı üçün tam əlverişli ölkə sayılmır. Əkin sahələrinin yalnız bir hissəsi yüksək keyfiyyətli ərzaqlıq buğda üçün uyğundur. Əksər bölgələrdə suvarma çətinliyi və torpaq şoranlığı məhsuldarlığı aşağı salır. Azərbaycanda buğda üçün istifadə olunan torpaqların böyük hissəsi şoranlaşmış, su qıtlığı ilə üzləşmiş, və ya orta məhsuldar torpaqlardır.

Digər ölkələrlə orta məhsuldarlıq rəqəmlərinin müqayisəsi bunu bir daha nümayiş etdirir: Azərbaycanda orta məhsuldarlıq 2,7–3 ton/ha, Türkiyə: 3,2–3,5 ton/ha, Rusiya (Cənub bölgəsi): 4,5–5 ton/ha, Avropa: 6–7 ton/hadır.

Aydındır ki, bu məhsuldarlıqla daxili tələbatı ödəmək real deyil.

Ərzaqlıq buğdanın keyfiyyətli yetişməsi üçün stabil və səmərəli suvarma sistemi lazımdır. Azərbaycanda su təsərrüfatı uzun illər modernləşdirilmədiyindən ərzaqlıq buğda istehsalı ciddi ziyan çəkir. Suvarılan buğda sahələri cəmi 45–50% təşkil edir. Azərbaycanda su təsərrüfatının modernləşdirilməsi gecikib, yeni kanallar və kollektorlar yetərli deyil. Fermerlər ən yaxşı halda 1 dəfə su verə bilir, halbuki yüksək keyfiyyətli buğda üçün 2–3 dəfə suvarma tələb olunur.

İqlim dəyişiklikləri də su problemini ağırlaşdırır.

Fermerlər daha gəlirli bitkilərə üstünlük verir

Fermerlər üçün ərzaqlıq buğda ən az gəlir gətirən məhsullardan biridir. Fermerin bir hektardan qazancı çox vaxt minimum həddə qalır.

1 hektar üçün ortalama xərclərə baxdıqda bu aydın olur: toxum – 140–160 manat, gübrə – 200–250 manat, dərmanlama – 80–100 manat, texnika icarəsi – 120–150 manat, digər xərclər – 70–90 manatdır. Ümumi maya dəyəri 650–750 AZN/ha-dır. Satışdan gələn gəlir isə 800–900 AZN/ha-dır.

Yəni fermerin qazancı cəmi 150–200 manatdır. Bu, digər məhsullarla müqayisədə çox aşağıdır.

Məsələn, pambıqda qazanc 400–600 AZN/ha, qarğıdalıda 500–800 AZN/ha, tərəvəzçilikdə 1000–1500 AZN/ha –dır.

Bu səbəbdən bir çoxları, arpa (heyvan yemi), pambıq, qarğıdalı, yonca və ya tərəvəzçilik kimi daha gəlirli məhsullara üstünlük verirlər. Dövlət subsidiyalarına baxmayaraq, ərzaqlıq buğdanın istehsalı çox cazibədar deyil.

Keyfiyyətli toxum fondu hələ də tam təmin olunmayıb. Yerli toxumlar yüksək glutenli ərzaqlıq buğda üçün həmişə uyğun olmur. Fermerlər arasında aqrotexniki qaydalara əməl səviyyəsi fərqlidir: gübrələmə, dərmanlama, düzgün səpin vaxtı tez-tez pozulur. Texnika parkı yenilənsə də, hələ də çox bölgədə köhnə kombayn və traktorlarla iş görülür.

Gübrə, dərman, texnika icarəsi və yanacaq xərcləri yüksəlib. Maya dəyəri artdığı üçün buğda istehsalı rentabelli olmur, xüsusilə kiçik fermerlər üçün bu ciddi problemdir. Rusiyadan gətirilən buğdanın ucuz olması daxili istehsalı daha da qeyri-rentabelli edir.

Torpaq sahələrinin kiçik və pərakəndəliyi buğda kimi iri əkin sahəsi tələb edən bitkilərin səmərəli əkilməsini çətinləşdirir. Kiçik sahələrdə yüksək məhsuldar buğda istehsalı çətin və bahalıdır. 1990-cı illərdə aparılan torpaq islahatı nəticəsində əhalinin böyük hissəsinə çox kiçik və pərakəndə sahələr düşdü. Bir çox fermerin sahəsi 1–3 hektar arasındadır. Buğda isə iri sahələrdə daha effektiv istehsal olunur. Xırda sahələrdə texnika istifadəsi bahalıdır, məhsuldarlıq aşağı olur, istehsal maya dəyəri artır.

Daxili buğda çörək üçün hər zaman uyğun deyil. Ərzaqlıq buğda təkcə miqdardan ibarət deyil. Əsas məsələ protein və gluten göstəriciləridir. Azərbaycan un dəyirmanları bildirir ki,yerli buğdanın protein göstəricisi çox zaman 10%-dən aşağıdır, gluten səviyyəsi çörək üçün lazımi normanı vermir. Bu səbəbdən sənaye müəssisələri yerli buğdanı təkbaşına üyütmür, Rusiyadan yüksək glutenli buğda əlavə edir. Yəni idxaldan asılılıq təkcə miqdar deyil, keyfiyyət problemi ilə bağlıdır.

Dövlət siyasətində prioritet dəyişikliyi

Dövlət son illər ərzaqlıq buğdanın istehsalını artırmaq üçün subsidiyalar və garantili alış mexanizmləri tətbiq etsə də uzun illər ərzində prioritet daha çox pambıqçılıq və heyvandarlığa yönəlmişdi. Bu da buğda sahələrinin azalmasına səbəb olub.

Buğda sahələrini bərpa etmək üçün zaman lazımdır.

Buğda istehsalının artırılması üçün dövlət son illər subsidiya siyasətini, garantili alış mexanizmini, suvarma sistemlərinin yenilənməsini gücləndirsə də, struktur problemlər hələ qalır. Əgər su təsərrüfatı və toxum fondu ciddi modernləşməsə, yerli istehsalın 20–25%-dən 40–45%-ə qalxması üçün ən azı 5–7 il tələb edir.

Azərbaycanda ərzaqlıq buğda istehsalının aşağı olmasının əsas səbəbləri bunlardır: su qıtlığı və torpaq resurslarının məhdudluğu, daxili istehsalın rentabelli olmaması, toxum və aqrotexniki geriliklər, torpaq pərakəndəliyi, yerli buğdanın keyfiyyət göstəricilərinin çörək üçün yetərli olmaması. Bu çətinliklər aradan qaldırılmadığı müddətdə ölkənin Rusiyadan və digər ölkələrdən buğda asılılığı davam edəcək.

Azərbaycanın uzun müddət ərzaqlıq buğda üzrə idxal asılılığını tam aradan qaldırması real görünmür. Buna iqlim, torpaq və iqtisadi şərtlər imkan vermir.

Sunay AYDIN

AzPost

AzPost.az

Post navigation

Previous: Çin-dən ABŞ-ın “Marinera” tankerini ələ keçirməsinə reaksiya
Next: Orbitdə fövqəladə hadisə: NASA Crew-11 ekipajının təxliyəsini nəzərdən keçirir

Oxşar xəbərlər

neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00
market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.