“Ukraynaya xarici ordu gəlsə vuracağıq” –Rusiya hədələdi, XİN bəyanat verdi

Trampın Qafqaz
Trampın Qafqaz

Moskva Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsini müdaxilə hesab edəcək.

AzPost bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi “İstəklilər koalisiyası”nın imzaladığı Bəyanatla bağlı açıqlamasında deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, bu cür hərəkətlər Rusiyada “təhlükəsizlik üçün təhdid” kimi qəbul ediləcək. Ukraynadakı Qərb bölmələri və hərbi obyektləri qanuni döyüş hədəfləri hesab ediləcək.

Rusiya Xarici İşlər Nazirliyi bu açıqlamanı “Könüllülər koalisiyası” tərəfindən Ukraynaya dəstək barədə bəyannamənin imzalanmasından və Fransa və Böyük Britaniyanın təhlükəsizliyi təmin etmək üçün oraya qoşun göndərməyə hazır olduqlarını elan etməsindən iki gün sonra verib.

“The Times” qəzetinin məlumatına görə, Böyük Britaniya və Fransa Rusiya ilə sülh müqaviləsindən sonra təhlükəsizlik zəmanəti olaraq Ukraynaya 15.000-ə qədər qoşun göndərməyi planlaşdırır, Almaniya isə Ukrayna yaxınlığında qoşun yerləşdirməyə hazırdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.