Pezeşkian qiymətləri şişirdən sahibkarlara xəbərdarlıq edib

Pezeşkiyan
Pezeşkiyan

İran prezidenti Pezeşkian yerli təchizatçılara malların anbarlara yığılması və ya qiymətlərin şişirdilməsi ilə bağlı xəbərdarlıq edib.

AzPost Reutesə istinadən bildirir ki, bu barədə İranın dövlət telekanlı İRİB məlumat yayıb. Prezident ölkədə qiymətləri nəzarətdə saxlamağa çağırıb.

“”İnsanlar mal almaqda və onların paylanmasında qıtlıq yaşamamalıdırlar”, – deyə Məsud Pezeşkian hökuməti adekvat tədarükü təmin etməyi tələb edib.

Tehran iqtisadi çətinliklərə qarşı ölkə miqyasında keçirilən etirazlar fonunda subsidiya sistemində genişmiqyaslı islahatlar aparır. İranın subsidiya sisteminin islahatı idxalçılara xarici valyutanı sadə iranlılar üçün mövcud olan məzənnələrdən daha aşağı məzənnələrlə əldə etməyə imkan verir.

Yeni siyasətə əsasən, iranlılara seçilmiş ərzaq mağazalarından zəruri mallar almaq üçün ayda təxminən 7 dollar veriləcək. Kərə yağı və yumurta kimi bəzi zəruri malların qiymətləri siyasət elan edildikdən bəri xeyli artıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.