Həkim metroda musiqi dinləməyin gizli riskləri barədə xəbərdarlıq etdi

Metroda qulaqlıqla musiqi dinləmək sağlamlıq üçün görünməz risklər daşıya bilər. Bu barədə həkim-otorinolarinqoloq, surdoloq Larisa Vılegjanina xəbərdarlıq edib.

AzPost xəbər verir ki, ekspert qeyd edib: “Ən çox problemlər musiqinin həddindən artıq yüksək səs səviyyəsində dinlənməsi səbəbindən yaranır. 100 desibeldən yüksək səs həddi eşitmə analizatorunu yorar, eşitmə dəqiqliyini azaldır və qulaqlarda səs itkisinə səbəb ola bilər.”

Vılegjanina həmçinin bildirib ki, metroda qulaqlıqdan uzun müddət istifadə eşitmənin geri dönməz şəkildə pisləşməsinə gətirib çıxara bilər. “Həddindən artıq akustik təsir nəticəsində daxili qulaqdakı Korti orqanının tüklü hüceyrələri zədələnir. İlk simptomlar arasında səfərdən sonra qulaqlarda dolğunluq hissi, müvəqqəti eşitmə azalması, qulaqlarda zəng və ya uğultu var,” – deyə həkim izah edib.

Mütəxəssis əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qulaqlıqla musiqi dinləyərkən “60/60” qaydasına əməl etməyi tövsiyə edir: səs həddi maksimumun 60 faizindən yüksək olmamalı və gündə 60 dəqiqədən artıq olmamalıdır. Hərəkətli və səs-küylü mühitdə, məsələn metroda, aktiv səs-küyü azaltma (ANC) funksiyalı qulaqlıqlardan istifadə daha təhlükəsizdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.