Ötən il Gürcüstanın turizm sənayesi üçün olduqca uğurlu olub. Ölkə rekord sayda turist qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrakli Nadareişvili məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə Gürcüstana 5,5 milyondan çox turist səfəri həyata keçirilib ki, bu da tarixi maksimumdur.
Nazir müavini deyib ki, ötən il turist axını 14 faiz artıb.
“2026-cı ildə daha uğurlu nəticələr gözləyirik ki, bu da ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Turizm Gürcüstan iqtisadiyyatının ümumi daxili məhsulunun təxminən 10, məşğulluğun isə 9 faizini təşkil edir”, – deyə İrakli Nadareişvili bildirib.