Çin Rusiyadan elektrik enerjisi idxalını dayandırıb

Çin Rusiyadan elektrik enerjisinin idxalını dayandırıb.

Bu barədə “Reuters” Rusiya Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik agentliyə bildirib ki, razılaşdırılmış şərtlərdən asılı olaraq satışların bərpası planlaşdırılır və danışıqlar davam edir.

Qeyd olunur ki, əsas prioritet Rusiyanın Uzaq Şərq bölgəsində artan elektrik enerjisi tələbatının ödənilməsidir.

Eyni zamanda, tədarükün dayandırılması qərarının məhz hansı tərəf — Çin, yoxsa Rusiya tərəfindən qəbul edildiyi hələlik məlum deyil.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.