Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Soyuq allergiyası hansı xəstəliklərə səbəb olur?

Orkhan Ali 19 Yanvar 2026 - 15:30 (Last updated: 19 Yanvar 2026 - 15:09)
Əl və ayaqların daim soyuq olması

Əl və ayaqların daim soyuq olması

Soyuğa qarşı allergiya səbəbsiz yaranmır və əksər hallarda orqanizmdə mövcud olan sağlamlıq problemləri ilə əlaqəli olur. Həkim Aleksandr Umnov bildirib ki, bu tip allergik reaksiyanın yaranma riski xroniki xəstəlikləri olan şəxslərdə, eləcə də uzun müddət soyuq şəraitdə çalışan insanlarda daha yüksəkdir. AzPost xəbər verir ki, bu barədə NEWS.ru yazır.

Mütəxəssisin sözlərinə görə, yuxarı tənəffüs yollarının və bağırsaqların xroniki xəstəlikləri, mikroqan dövranının pozulması, psoriaz, neyrodermatit, eləcə də immunstimulyatorların nəzarətsiz qəbulu soyuq allergiyasını yarada bilər. Bundan başqa, ailə üzvlərində bronxial astmanın olması və uzun müddət soyuqda işləmək də bu riskləri artıran amillər sırasındadır.

Aleksandr Umnov qeyd edib ki, soyuq allergiyasının əlamətləri daha çox bədənin açıq hissələrində — üz, qulaq və əllərdə özünü göstərir. Ən çox rast gəlinən simptomlar dərinin qızarması, şişkinlik və qaşınmadır. Qaşınma zamanı dərinin zədələnməsi qabıqların və iltihabın yaranmasına səbəb olur ki, bu da vəziyyəti daha da ağırlaşdırır.

Həkimin sözlərinə görə, soyuq allergiyası təkcə dəri ilə məhdudlaşmır. Bəzi hallarda burun axıntısı, asqırma, göz yaşarması, konyunktivit müşahidə olunur. Daha ağır vəziyyətlərdə isə bronxospazm və nəfəsalma çətinliyi yarana bilər.

Mütəxəssislər bu əlamətlər müşahidə olunduqda vaxtında həkimə müraciət etməyi tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: Nəsimi Nəbizadənin qaçdığı “Qurtuluş” reabilitasiya mərkəzinə cinayət işi açıldı
Next: Keçmiş baş nazir məhkəmənin tələb etdiyi girovu ödəyə bilmir

Oxşar xəbərlər

ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak...
Read more about İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı az abs ermeni
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11
Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.