Bakıda film kimi cinayət: Lombarda qoyulan “iPhone”lar saxta çıxdı

Lombard
Lombard
Bakının Xəzər rayonunda fəaliyyət göstərən “ED Lombard-2” lombard şirkətinin sahibi dələduzluğa məruz qalıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “ED Lombard-2” şirkətinə “iPhone 14 Pro”, “iPhone 15 Pro” və “iPhone 16 Pro” markalı telefonlar təqdim edilib. Bunun müqabilində şirkətdən 13 600 manat pul götürülüb.
Sonradan məlum olub ki, təqdim edilən telefonlar saxtadır. Telefonların içinə yarasız batareyalar, dəmir qırıntları yerləşdirilib və orijinal formada qablaşdırılıb. “ED Lombard-2” şirkəti məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Hadisədə şübhəli bilinən Toğrul Mehdiyev (şərti) saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Toğrul Mehdiyev özünü verilmiş ittihamla qismən təqsirli bilib. O, qeyd edib ki, hadisədə əsasən başqa tanışları iştirak edib. Özü isə sadəcə sürücülük edib.
Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Emin Rüstəmovun çıxardığı hökmlə Qabil Aslanova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.