İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi mühacirətdə yaşayan Güney Azərbaycan Oyanış Hərəkatının lideri Mahmudəli Çehraqanlını görüşə dəvət edib.
AzPost bildirir ki, bu barədə Çöhrəqanlı öz paylaşamında məlumat yayıb.
M.Pəhləvi ona birgə çalışmağı təklif edib.
“Pəhləvi məni çağırdı.Məni satın almağa çalışdılar. Güney Azərbaycanın valisi olacağımı vəd etdilər”-deyə o bildirib.
Çöhrəqanlı görüş təklifini rədd edib: “Onun atası 35 min türkü məv etdi. Nə şahçıyıq nə də şeyxçi! Türk millətçisiyik”-deyə doktor Çöhrəqanlı yazıb.