Bakıdakı “İdrak” liseyində silahlı insident baş verib.
AzPost Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
***
Liseyin rəhbəri Mönsüm Alışov “Unikal”a açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib:
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, – deyə o əlavə edib.
***
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
Bu barədə DİN məlumat yayıb.
Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda yerləşən “İdrak” liseyində şagird müəllimi güllələyib.
“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.
– Hadisə necə olub?
– Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.
– Neçənci sinif şagirdidir?
– 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.
– Güllələnən müəllim qadındır yoxsa kişi?
– Qadındır.
– Müəllimin vəziyyəti necədir?
– Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.
– Hansı fənndən dərs deyir?
– Hazırda araşdırma aparılır.
– Əvvəllər bu şagirdlə bağlı şikayət olub?
– Xeyr olmayıb.
– Həmin şagirdin davranışları normaldır?
– Bəli, normaldır.
– Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?
– Var. Ancaq keçirə bilib.
– Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?
– Sinif otağında baş verib.