“Turkish Airlines” İstanbuldan İrəvana uçuşlara başlayacaq

Martın 11-dən Türkiyənin milli aviadaşıyıcısı – “Turkish Airlines” ölkənin İstanbul və Ermənistanın paytaxtı İrəvan arasında uçuşlara başlamağı planlaşdırır.

Bu barədə Ermənistan KİV-ləri bu ölkənin Energetika Nazirliyinin Turizm Komitəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu barədə aviaşirkət nümayəndələrinin komitə sədri Lusine Gevorqyanla görüşündə məlumat verilib.

“İclasda planlaşdırılan İstanbul-İrəvan-İstanbul reysləri, onların inkişaf perspektivləri, həmçinin yaxın gələcəkdə yeni istiqamətlər üzrə uçuşların həyata keçirilməsi imkanları müzakirə edilib”, – komitədən qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.