Netanyahu ABŞ-da Vitkoff və Kuşnerlə İran danışıqlarını müzakirə edib

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtondakı Bler House-da Ağ Evin yüksək vəzifəli müşavirləri Stiv Vitkoff və Cared Kuşner ilə görüşüb.

AzPost bildirir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

Netanyahunun ofisinin məlumatına görə, Vitkoff və Kuşner ötən cümə günü İranla apardıqları danışıqların ilk mərhələsi haqqında yenilənmiş məlumat təqdim ediblər.

Netanyahunun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə danışıqları bu gün, çərşənbə günü baş tutacaq.

Media orqanları İsrail Baş nazirinin əsas prioritetinin ABŞ-İran danışıqları olacağını bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.