ABŞ İrana gizli şəkildə 6000 Starlink terminalı keçirib –The Wall Street Journal

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

ABŞ İranda keçirilən genişmiqyaslı etiraz aksiyalarının iştirakçılarına görüntülərin və məlumatların internetdə paylaşılmasına kömək etməyə çalışıb.

Azpost.info bildirir ki, bu barədə The Wall Street Journal nəşri məlumat verib.

Amerika mənbələrinə görə, ötən ay etirazların zorakılıqla yatırılmasından sonra ABŞ gizli şəkildə İrana təxminən 6000 Starlink terminalı daşıyıb.

Bu əməliyyatın məqsədi ölkə hakimiyyətinin rabitəyə ciddi məhdudiyyətlər qoyduğu bir vaxtda iranlılara peyk internetinə çıxış təmin etmək olub.

Xəbər verildiyi kimi, İran genişmiqyaslı etirazlar fonunda yenidən qlobal medianın diqqət mərkəzində olub. Ekspertlərin fikrincə, hazırkı nümayişlər dalğası hökumətin üzləşdiyi mürəkkəb daxili və xarici çətinliklərlə – ağır iqtisadi böhrandan tutmuş Hizbullah da daxil olmaqla regional müttəfiqlərə artan təzyiqinə qədər – üst-üstə düşüb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.