2025-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2344 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə “bp-Azərbayan”dan açıqlama verilib.
2024-cü ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2413 nəfər təşkil etmişdi. Beləliklə, ötən il bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı 69 nəfər azalıb
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.