Ukraynada partlayış olub, bir neçə polis yaralanıb

Ukraynanın Nikolayev vilayətində fəaliyyət göstərməyən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində yeddi patrul polisi yaralanıb.

AZƏRTAC Ukrayna Milli Polisinə istinadla xəbər verir ki, hadisə polis əməkdaşları növbəni dəyişərkən baş verib.

Partlayış nəticəsində yeddi polis yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Polis hadisəni bir sıra hücumlarla əlaqələndirir.

Milli Polisin rəhbəri dünən Lvovda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktının baş verdiyini və nəticədə bir polis məmurunun həlak olduğunu, digər əməkdaşların isə yaralandığını xatırladıb.

Polis baş verənləri hüquq-mühafizə sisteminə qarşı məqsədyönlü hücum və ölkə daxilində vəziyyəti pozmaq cəhdi kimi qiymətləndirir.

Hazırda istintaq tədbirləri davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.