Slovakiyanın Baş naziri Robert Fitso Drujba boru kəməri böhranı ilə bağlı Vladimir Zelenski ilə telefonla danışıb.
Azpost.info bildirir ki, bu barədə Zelenskinin ofisi məlumat verib.
Qeyd edək ki, Drujba boru kəməri vasitəsilə Ukrayna ərazisindən neft tədarükünün dayandırılmasından sonra iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib. Bu gərgin vəziyyətin fonunda Zelenski Slovakiyanın Baş naziri Robert Fitso ilə telefon danışığı aparıb.
Bəyanatda qeyd olunur ki, Zelenski Slovakiyanın Baş nazirini bütün məsələləri müzakirə etmək üçün Ukraynaya dəvət edib.
Fitso əvvəllər Zelenski ilə danışacağını təsdiqləyib. O, həmçinin 27 fevralda Macarıstanın Baş naziri Viktor Orbanla da danışdığını bildirib.