Rza Pəhləvi İranda yaşayan xalqların nümayəndələrini topladı– Xalqa müracət etdilər /FOTO/VİDEO

Devrilmiş İran şahının oğlu Rza Pəhləvi İranda yaşayan xalqların nümayəndələri ilə birgə xalqa müraciət edib.

Azpost.info bildirir ki, video müraciətdə Rza Pəhləvi ətrafında çoxlu şəxslərin durduğu görünür. Onların sırasında özünü Qacar Xanədanının varisi elan etmiş şəxs də var.

Rza Pəhləvi çıxışında İran xalqını birliyə çağırıb və o əraizdə yaşayanları “böyük İran ailəsi” adlandırıb.

“Biz qanunun aliliyi naminə “Aslan və Günəş” bayrağının kölgəsində, bütün ayrı-seçkiliyə son qoymaq, fərdi azadlıqların və vətəndaşların qanun qarşısında bərabərliyinə zəmanət vermək üçün vahid və demokratik İrana sadiqik. Biz İranın azadlığı və təhlükəsizliyi tərəfdarıyıq”- deyə R.Pəhləvi vurğulayıb.

O, İranın ərazi bütövlüyünün “qırmzı xətt” olduğunu bəyan edib: “İranın ərazi bütövlüyünün qorunub saxlanılması və müdafiəsi vacib prinsipdir. Biz İranın ərazi bütövlüyü və bütövlüyü barədə heç kimlə danışıqlar aparmırıq. İranın ərazi bütövlüyü böyük və vahid millətimizin qırmızı xəttidir. Bu qırmızı xətti keçən və ya onu keçənlərlə əməkdaşlıq edən hər bir şəxs və ya qrup İranın xəbəri olan millətindən qətiyyətli cavabla qarşılaşacaq”.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.