Neftin qiyməti kəskin artıb, 119 dollara yaxınlaşıb

Dünya enerji bazarında neftin qiyməti kəskin şəkildə artmaqda davam edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin aprel ayı üzrə fyuçerslərinin qiyməti 27,26% artaraq 115,68 ABŞ dollarına yüksəlib.

Brent markalı xam neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 08:20-də 28% artaraq 118,73 dollara kimi yüksəlsə də sonra nisbətən geriləyib və hazırda 116,35 ABŞ dolları/barel səviyyəsində ticarət olunur.

Qeyd edək ki, bu, dünya bazarında neftin qiymətinin 2020-ci ildən bəri ən böyük artımı dinamikasıdır. Qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi gərginlik və enerji infrastrukturuna mümkün təhlükələrlə bağlı narahatlıqlarla əlaqələndirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.